Xəbər verildiyi kimi Bakı şəhəri 75 nömrəli məktəbdə şagirlər arasında insident yaşanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Bizim.Media-ya məsələ ilə bağlı açıqlama verib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda məktəbdə şagirdlər arasında DAVA - Xəsarət alan var
Bildirb ki, Sabunçu rayonu ərazisində yerləşən məktəblərin birində şagirdin sinif yoldaşına kəsici alətlə daxilə nüfuz etməyən xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.
O qeyd edib ki, məktəblinin xəsarət alması ilə əlaqədar onun valideyni ilə birlikdə təhqiqata təmin edilərək zəruri istintaq hərəkətlərinin aparılması məqsədi ilə araşdırma aparılır.
Xatırladaq ki, ötən gün Bakı şəhəri 75 nömrəli məktəbdə 7-ci sinifdə təhsil alan 2 şagird arasında (müvafiq səbəblərə görə şagirdlərin adları qeyd olunmur) tənəffüs vaxtı mübahisə yaranıb.
Mübahisə zamanı şagirdlərdən biri əlindəki naməlum əşya ilə digər məktəblinin qarın nayihəsini cızıb. Məktəb rəhbərliyi tərəfindən dərhal məsələyə müdaxilə edilib. Xəsarət alan şagird məktəbin tibb işçisi tərəfindən yoxlanılıb və ciddi bir xəsarət aşkar olunmayıb.
Daha sonra hər iki şagirdin valideynləri məktəbə dəvət olunaraq onlardan izahat alınıb və akt tərtib edilib. Hər iki şagirdin valideynləri arasında qarşılıqlı anlaşma yaranıb, övladlarına daha ciddi nəzarət edəcəklərini bildiriblər.
Bizim.Media