Bütün dünyada hər il noyabr ayının dördüncü cümə axşamından sonrakı gün “Qara Cümə” kimi qeyd olunur. Bu il bu “endirim günü” noyabrın 24-nə təsadüf edib.
Bizim.Media xəbər verir ki, ticarət obyektlərinin endirimləri ilə məşhur olan “Qara Cümə” ölkəmizdə bu dəfə də maraqlı görüntülərlə yadda qalıb.
Belə ki, ölkə üzrə endirimlərdən yararlanmaq üçün insanlar ticarət mərkəzlərinə axın ediblər.
Paytaxt Bakıda da ticarət mərkəzində yerləşən geyim mağazasına günün səhər saatlarından etibarən insanlar axışıb.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media