Moldovada fövqəladə vəziyyət UZADILDI 

Moldovada fövqəladə vəziyyət UZADILDI 

Hazırda oxunan: Moldovada fövqəladə vəziyyət UZADILDI 

165988

Moldova parlamenti ölkədə 2021-ci ilin sonundan elan edilmiş fövqəladə vəziyyətin dekabrın 1-dən daha 30 gün uzadılması barədə qərar qəbul edib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Adrian Efros məlumat verib.

O qeyd edib ki, müvafiq qərar hakim Fəaliyyət və Həmrəylik Partiyasının səsverməsi ilə qəbul edilib.

Qeyd edilib ki, müxalif Kommunistlər və Sosialistlər Bloku fraksiyasının deputatları Moldovada fövqəladə vəziyyətin daha 30 gün uzadılmasına etiraz olaraq parlament zalını tərk ediblər.
Ölkədə  fövqəladə vəziyyət ilkin olaraq qaz təchizatında mümkün fasilələr səbəbindən daha sonra isə Ukraynadakı vəziyyətə görə tətbiq edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO