Boş qalan BUDUQ – 10 ailənin yaşadığı kənddən VİDEOREPORTAJ 

Boş qalan BUDUQ – 10 ailənin yaşadığı kənddən VİDEOREPORTAJ 

Hazırda oxunan: Boş qalan BUDUQ – 10 ailənin yaşadığı kənddən VİDEOREPORTAJ 

165955

Dünyanın hər yerində kəndlərin boş qalması və əhalinin iri şəhərlərə köç etməsi ciddi problem kimi qəbul edilir. Azərbaycanda da bu hal yaşanır.

Hazırda isə bu durumla Qubanın ən böyük kəndləri, konkret desək Buduq kəndi üzləşib. 

Buduq kəndi Qubanın qədim kəndlərindəndir. Kənd rayon mərkəzindən 40 km uzaqlıqda yerləşir. Böyük Qafqaz sıra dağları massivində qərarlaşan kənd dəniz səviyyəsindən 2200 metr hündürlükdədir. Buduq kəndinin tarixi 16-cı əsrdən əvvələ gedib çıxır. 
 

MÖVZU İLƏ BAĞLI:

Qubanın Buduq kəndində erməni vəhşiliyinin qanlı izləri – FOTO/VİDEO 


Yerli sakinlərin bildirdiyinə görə, şəhərə əhali axını sürətləndiyi üçün Buduq kəndi demək olar boşalıb. Urbanizasiyanın qurbanı olan kənddə cəmi 10 ailə yaşayır. 

Quba-Xınalıq yolunun 26-cı km-dən sola ayrılan yol bizi bu kəndə apardı. 

Yolları uçuq-sökük və qəzalı olduğu üçün Buduq kəndinə çox çətinliklə çatdıq. Elə ilk diqqətimizi də boşalmış, qapısı bağlı, dağılmış köhnə, uçuq evlər çəkdi. Kənddən şəhərə sürətli axının, urbanizasiyanın acı fəsadları özünü çox aydın göstərirdi. Qədim evlər, sel sularının yuyub dağıtdığı küçələr insanın ürəyini ağrıdırdı. Öyrəndik ki, kənddə cəmi 10 evdə yaşayış var və bir vaxtlar 700 təsərrüfatı olduğu deyilən Buduq kəndində indi cəmi 28 təsərrüfat qalıb. 

Kənddən əhalinin köçünün başlaması tarixi isə Böyük Vətən Müharibəsi illərinə gedib çıxır. Almanlarla vuruşmağa gedən xeyli Buduq sakini geri dönməyib, ya itkin düşüb, ya da həlak olublar. Elə o vaxtdan da kənddə yaşayış azalıb. 

Quba rayonu Buduq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin rəsmisi Rəhman Adayev kənddə urbanizasiyanın baş verməsinin səbəbini Böyük Vətən Müharibəsi ilə əlaqələndirib:  

“Buduq kəndində boşalma əsasən 1941-1945-ci illərdən sonra başlayıb. Müharibəyə bizim kənddən çox insan gedib və əksəriyyəti qayıtmayıb. Bəziləri itkin düşüb. Kənndə əhali azalıb və onlar da maldarlıq-qoyunçuluqla məşğul olurlar. Onlar isə qış aylarında burada çətin olduğu üçün Aran rayonlara köçürlər. Aprel və may aylarında isə yenidən geri qayıdırlar”.

Qeyd edək ki, Buduq kəndi Qubada boşalan, qəribləşən, dağılan yeganə kənd deyil. Rayonun Haput, Adur, Əlik və digər yaşayış məntəqələri də əhalinin şəhərlərə axın etməsi səbəbindən boşalıb. Boşalma prosesi bu gün də davam edir. Əslində bu kəndlərin ürəkağrıdan mənzərələri çox reallıqdan xəbər verir...

Daha ətraflı videosujetdə:


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO