“Rəşad diplomunu özü görə bilmədi” - APREL ŞƏHİDİNİN ATASI - FOTO

“Rəşad diplomunu özü görə bilmədi” - APREL ŞƏHİDİNİN ATASI - FOTO

Hazırda oxunan: “Rəşad diplomunu özü görə bilmədi” - APREL ŞƏHİDİNİN ATASI - FOTO

16594

Bu gün Aprel döyüşlərində qazandığımız qələbədən 5 il ötür. O Aprel döyüşləri ki, bizim 44 günlük zəfərimizin başlanğıcı həmin qələbə ilə qoyulub.

Hər il olduğu kimi yenə də o döyüşlərdə şəhid olan igid Azərbaycan oğulları xatırlanır. Təbii ki, onlar təkcə anım günlərində yox, həmişə xatırlanmalıdır və bu xalqın yaddaşında əbədi qalmalıdır.

Bizim.Media xəbər verir ki, belə şəhidlərimizdən biri də Rəşad Niftalılıdır. Onun həyat yolunu yaxından tanımaq üçün atası Şakir Niftəliyevlə əlaqə saxladıq. 

Biz zəng edəndə atası oğlunun ziyarətində idi. Dedi ki, Rəşad kimi oğulların xatırlanmağı, unudulmamağı onları çox qürurlandırır. 

Şakir bəy zəngimizə çox sevindiyini etiraf etdi:

“Rəşad çox fərqli bir oğul idi. 1993-cü il avqust ayının 24-də Bakı şəhərində anadan olub. Lakin, Rəşad əslən Qarabağın dilbər guşələrindən biri olan Zəngilan rayonundandır. Ailədə hər zaman fərqlənib. Elə bu özəlliyi onun məktəbdə, unversitetdə qazandığı uğurları və hörməti ilə sayılıb seçilən edib. Gəncədə yerləşən Azərbaycan Dövlət Texnologiya Universitetinə daxil oldu.
 

“Biznesin idarə olunması” ixtisasına qəbul oldu. Təhsilini başa vurduğu ildə də hərbi xidmətə yola saldıq. Təəssüflər olsun ki, Rəşad öz diplomunu da görmədi. Onu mən alıb gətirdim.


Rəşad hərbi xidmətin 3 ayını Gəncə şəhərində olub. 7 ayını isə Tərtərdə hərbi  xidmətdə davam edib. Hərbi xidmət müddətində bizi yanına getməyə qoymurdu. Hər şeydən razı uşaq idi. Nədənsə razılıq etmirdi. Çox da məntiqli uşaq idi. Onu hərbi xidmətdə bölük komandiri təyin etmişdilər.

Seysulan kəndinin azad edilməsində iştirak etdi. Döyüşlər zamanı uşaqlara geri qayıtmaq əmri verilən zaman onlar eşitməyiblər. Rəşad 16 nəfər döyüş yoldaşları ilə düşmən pusqusuna düşüb, çünki çox qabaqda olublar. Hamısı bir yerdə şəhid oldu.
 

Halbuki, Ohanyan deyilən postu 3 şəhid verərək darmadağın etmişdilər. Axşam saatlarında aprelin 8-də onun nəşini Seysulandan götürdük. Mənim iki övladım var.


Biri Rəşad, digəri isə Tural idi. Rəşadı biz heç vaxt unutmarıq. 5 il ərzində Rəşad olmadan ilk dəfə Qarabağ topaqları azad olunanda  sevindim. Bu illər ərzində mən heç nəyə sevinməmişəm”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO