Noyabrın 24-də Şuşada Türk dünyası memarlarının simpoziumu keçirilir.
Bizim.Media xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstandan olan 60-a yaxın memar Şuşada aparılan və nəzərdə tutulan tarixi memarlıq abidələrinin bərpası, konservasiyası, tarixi mühitin abadlaşdırılması mövzularında müzakirələr aparacaq, təqdimatla çıxış edəcəklər.
İki gün davam edəcək simpozium zamanı “Qoruq idarəetməsində və icma ilə işdə problemlər, çağırışlar və yeniliklər”, “Tarixi şəhərlərin regenerasiya siyasətləri və sənədləri”, “Abidə və qoruq şəhərlərin qorunma qanunvericiliyi”, “Tarixi şəhərlərin iqtisadi və turistik imkanları və çağırışları”, “Tarixi Şəhər Mühitinin qorunması və müasir tələblərə adaptasiyası” və digər mövzular ətrafında panel müzakirələri aparılacaq.
Simpozium öz işinə noyabrın 25-də yekun vuracaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:38 / 24.11.2023
Şuşada Türk dünyası memarlarının simpoziumu KEÇİRİLİR – FOTO
Hazırda oxunan: Şuşada Türk dünyası memarlarının simpoziumu KEÇİRİLİR – FOTO
Hazırda oxunan: Şuşada Türk dünyası memarlarının simpoziumu KEÇİRİLİR – FOTO
165884
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.