Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində obyektdə yanğınla əlaqəli polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülür.
Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat xidmətindən bildirilib.
MÖVZU İLƏ BAĞLI:
“Azadlıq Prospekti” metrosu yaxınlığında ticarət obyekti YANIR - VİDEO
Əraziyə əlavə canlı qüvvə cəlb edilib. Obyektdə olan şəxslər oradan tam təxliyə ediliblər. Xilasetmədə iştirak edən bir polis əməkdaşı xəsarət alıb.
Hazırda tədbirlər davam etdirilir.
Bizim.Media