Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar Bərdə Rayon Mərkəzi Xəstəxanasına 33 nəfər müraciət edib.
Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Bərdədə yas mərasimində bədbəxt hadisə: Ölən və yaralılar var – YENİLƏNİB - FOTO/VİDEO
Yenilənən məlumata görə, 1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Müxtəlif növ bədən xəsarətləri və digər şikayətlərlə tibb müəssisəsinin müvafiq şöbələrinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş hesab olunan 26 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 1 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.
Bizim.Media