Prokurorluq Bərdədə evin döşəməsinin çökməsi faktını araşdırır.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Bərdədə yas mərasimində bədbəxt hadisə: Ölən və yaralılar var - FOTO/VİDEO
Məlumata görə, faktla bağlı araşdırma gedir, əlavə məlumat veriləcək.
Qeyd edək ki, hadisə bu gün rayonun Yeni Daşkənd kəndində qeydə alınıb. Kənd ərazisində ikimərtəbəli fərdi yaşayış evində yas mərasimi keçirilən zaman ikinci mərtəbənin döşəmə hissəsi anidən çöküb, 23 nəfər xəsarət alıb. Xəsarət alanlardan biri ölüb.
Bizim.Media