İqtisadiyyat naziri Mikayıl Cabbarov koronavirus (COVID-19) əleyhinə peyvənd olunub.
Bizim.Media-nın məlumatına görə, nazir bu barədə “Facebook” sosial şəbəkəsindəki hesabında açıqlama verib.
“Mən də peyvənd olunmuşam və hər kəsə bu prosesə qoşulmağı tövsiyə edirəm. Peyvənd koronavirusun yaratdığı təhlükənin məhdudlaşdırılması, cəmiyyətimizin virusa qarşı immunitetinin yüksəldilməsi və hər birimizin sağlamlığımızın qorunması üçün effektiv vasitədir”,- deyə o qeyd edib.
Bizim.Media
#COVID19 əleyhinə #peyvənd koronavirusun yaratdığı təhlükənin məhdudlaşdırılması, cəmiyyətimizin virusa qarşı immunitetinin yüksəldilməsi və hər birimizin sağlamlığımızın qorunması üçün effektiv vasitədir…
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 2, 2021