Şamaxıda qida obyektləri qeydiyyata alınıb

Hazırda oxunan: Şamaxıda qida obyektləri qeydiyyata alınıb

165682

Şamaxıda 17 sahibkarlıq subyektinə məxsus qida obyekti qeydiyyata alınıb. 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin səyyar formada qeydiyyata alınmasını davam etdirir. 

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya bildirilib ki, proses çərçivəsində AQTA-nın əməkdaşları tərəfindən xüsusi təchiz olunmuş texniki vasitələrlə Şamaxı rayonu ərazisində 17 sahibkarlıq subyektinə məxsus qida obyektinin yerində qeydiyyata alınması və təsdiqi həyata keçirilib.

Eyni zamanda, sahibkarlar qida təhlükəsizliyi qeydiyyatına alınma ilə bağlı qanunvericiliyin tələbləri barədə məlumatlandırılıb. 

Qeyd edək ki, sahibkarlar agentliyin “1003-Çağrı Mərkəzi” və regional bölmələri ilə birbaşa əlaqə saxlamaqla, səyyar formada qeydiyyata alınma xidmətindən yararlana bilərlər.

Qeydiyyatla bağlı səyyar xidmət göstərilməsi zamanı yalnız Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktlarla müəyyən olunmuş sənədlər tələb edilir. 

Səyyar formada qeydiyyata alınma ilə yanaşı, sahibkarlar cavabdeh olduqları obyektlərin qeydiyyatı (təsdiqi) üçün AQTA-nın www.afsa.gov.az saytında “ASAN İmza” ilə şəxsi kabinetlərinə daxil olaraq onlayn müraciət edə bilərlər.

Həmçinin onların şəxsən (və ya səlahiyyətli nümayəndə vasitəsilə) kağız daşıyıcılarda “ASAN xidmət” mərkəzlərinə, kiçik və orta biznes evlərinə (KOB evlərinə), “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə və AQTA-nın regional bölmələrinə müraciət etmək imkanları var. 
Onu da bildirək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qida zəncirinin bütün mərhələləri üzrə fəaliyyət göstərən qida subyektləri və obyektləri qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün dövlət rüsumu tələb olunmur. Obyektlərin (subyektlərin) qeydiyyata alınmadan və ya təsdiq olunmadan qida sahəsində fəaliyyət göstərməsi isə qadağandır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO