Maska ilə bağlı yeni qərar veriləcək - Operativ Qərargahda hazırlıq gedir 

Maska ilə bağlı yeni qərar veriləcək - Operativ Qərargahda hazırlıq gedir 

Hazırda oxunan: Maska ilə bağlı yeni qərar veriləcək - Operativ Qərargahda hazırlıq gedir 

16565

"Bu gün Operativ Qərargahda hazırlıqlar gedir. Gələcəkdə açıq havada maska taxmaqla bağlı qiymətləndirmələr aparılır. Epidemioloji vəziyyət söndükdən sonra artıq açıq havada insanların maskasız gəzmələri üçün hüquqi bazanın hazırlanması üçün addımlar atılacaq.

Bizim.Media xəbər verir ki, bunu "Musavat TV"yə açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, deputat, Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi eksperti, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov bildirib.

"Lakin bunu etmədən öncə hər bir hökumət yüz ölçüb bir biçmək məcburiyyətindədir. Çünki bu, sadəcə daxili ekspertlərin verəcəkləri qərarlara bağlı deyil.

Bu qərarların arxasında Dünya Səhiyyə Təşkilatı və bu sahə üzrə olan institutların rəyləri və razılıqlarının olması lazımdır. Əfsuslar olsun ki, bu gün həmin razılıqları almaq istəyən adiyyəti qurumlar qarşı tərəfdən konkret razılıq ala bilmədiyi üçün qızıl ortanı tutaraq zaman qazanmaq məcburiyyətində qalır.

Əgər ölkədə ciddi bir şəkildə alovlanma yoxdursa, təmiz havada maskanın istifadəsi qanuni tərəfdən də öz həllini tapacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO