Ailələrin dağılmasının əsas səbəbi nədir? – SORĞU

Ailələrin dağılmasının əsas səbəbi nədir? – SORĞU

Hazırda oxunan: Ailələrin dağılmasının əsas səbəbi nədir? – SORĞU

165619

Əhalinin 51.6 % hesab edir ki, boşanmalara səbəb  ailədə narkomaniya və alkoqolizm probleminin olmasıdır.

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Dağılan ailələrin sayı ARTIR – Mediasiya boşanmaların qarşısını niyə ala bilmir? – ARAŞDIRMA


Məlumatda bildirilir ki, son dövrlər vaxtaşırı ictimai müzakirə gündəminə çevrilən boşanma mövzusunda bir sıra məsələlər - boşanma qərarına gətirən hallar, ailənin möhkəmliyini təmin edən amillər və digər məsələlər ətrafında əhalinin mövqeyini rəy sorğusu əsasında öyrənib.

Boşanmanı legitim edən amillər kimi, məhz bu səbəblərə görə boşanma baş verdiyi təqdirdə ictimai qınağın nisbətən az olacağı hallar nəzərdə tutulub. Respondentlərə bu istiqamətdə müxtəlif amillər təqdim olunmaqla, ən çox üç cavab variantını seçmək təklif edilib.

Boşanma qərarının verilməsini legitim edən amillər arasında ən yüksək faiz göstəricisi ilə (51,6%) ailədə narkomaniya və alkoqolizm problemi göstərilib. İkinci amil kimi isə ailədaxili şiddət, zorakılıq problemi (27,3%) qeyd olunub. 

Cəmiyyətdə məhz deviant hesab olunan davranışların, yəni “ağır” səbəblərin boşanma qərarını legitimləşdirən hallar kimi ən çox seçilməsi boşanma statistikasına baxmayaraq, ailə münasibətlərinin insanlar üçün olduqca əhəmiyyətli olması ilə əlaqəlidir.
Növbəti pillələrdə  xarakter uyğunsuzluğu (16,4%) və nikahdankənar münasibət (16,4%) cavabları yer alıb.

Demoqrafik göstəricilərə görə bölgüdə bir sıra əhəmiyyətli fərqlər üzə çıxıb. Boşanmanı legitimləşdirən hal kimi ailədaxili şiddət və zorakılığı göstərənlər arasında qadınlar kişilərdən daha çoxdur. Belə ki, qadınların  63%-i, kişilərin  27%-i belə cavab verib. 

Bu zorakılığa həssaslıqda ciddi gender fərqlərinin olmasını nümayiş etdirir. 

Narkomaniya və alkoqolizmə münasibətdə isə gender fərqləri aşkar olunmur, yəni bu sosial problemlərə qadınlar və kişilər eyni dərəcədə neqativ münasibət bəsləyirlər. Digər mühüm məqam ailədaxili şiddətin qavranılmasında yaş fərqlərinin olmasıdır. 

Belə ki, bu amilə həssas yanaşanlar daha çox cavan nəslə aid respondentlərdir.

Yaşı 35-ə qədər olanların 34%-i, yaşı 55-dən çox olanların yalnız 20%-i bu cavabı seçib. Yenə də müqayisə üçün qeyd edə bilərik ki, narkomaniya və alkolqolizmə həssaslıqda yaş qrupları arasında  statistik əhəmiyyətli fərq qeydə alınmayıb.


Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO