Hansı tələbələr 2 faizlə təhsil krediti ALA BİLƏR? – VİDEOMÜSAHİBƏ 

Hazırda oxunan: Hansı tələbələr 2 faizlə təhsil krediti ALA BİLƏR? – VİDEOMÜSAHİBƏ 

165607

“Tələbə kreditləri “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 226 saylı qərarına əsasən verilir. Qərarda, tələbə kreditinin iki növü əks olunub ki, bunlar da Sosial və Standart kreditlərdir”. 

Bu fikirləri Bizim.Media-ya müsahibəsində Təhsil Tələbə Kredit Fondunun sədr müavini Bəhruz Əzimov deyib.

Sədr müavini qeyd edib ki, sosial kreditin başlıca məqsədi əhalinin həssas təbəqəsindən olan vətəndaşlarımızın təhsilə çıxış imkanları yaxşılaşdırılmasıdır:

“Yəni, ilk növbədə onun və ailəsinin statuslarına baxırıq. Əgər tələbə III qrup əlildirsə, ünvanlı sosial yardım alan və ya ailə başçısını itirməyə görə pensiya alan ailənin üzvüdürsə, bu növ kredit ala bilir. Ailə başçılarına gəlincə, əgər valideynlərdən biri varsa, onun, yaxud hər ikisi varsa, onların işsiz, yaxud I, II qrup əlilliklərinin olması, yaşa görə pensiya almasına baxılır. Belə tələbələrə kredit illik 2 faizlə təqdim olunur. 

Standart krediti isə digər vətəndaşlarımızın ali təhsil almaq hüquqlarının təmin etmək üçün verilir və təhsil göstəriciləri nəzərə alınır. Bu da illik 6 faizlə təqdim olunur”.

Müsahibimiz təhsil krediti alan, eləcə də müraciətinə imtina cavabı verilən tələbələrin sayı ilə bağlı da məlumat verib.

Bəhruz Əzimovla videomüsahibəni təqdim edirik:
 


Rövşən Ziya, Nicat Niftəliyev, Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO