Səhər saatlarından etibarən Suraxanı rayonu Hövsan qəsəbəsində qazın verilişi dayandırılıb.
Bu barədə Bizim.Media-ya qəsəbə sakinləri məlumat verib. Vətəndaşlar qazın verilişinin nə zaman bərpa olunacağı ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev sözügedən qəsəbədə qazın verilişin dayandırılması səbəbini açıqlayıb:
MÖVZU İLƏ BAĞLI:
İki rayonda üç gün qaz OLMAYACAQ
“Suraxanı rayonu Hövsan qəsəbəsində qaz xəttində sızma aşkarlanıb. Bu səbəbdən səhər saatlarından qazın verilişi dayandırılıb. Fasilə sızmanın aradan qaldırılması ilə bağlıdır. İlər artıq yekunlaşır, yarım saat ərzində bütün Hövsanda qaz təchizatı bərpa olunacaq”, deyə qurum rəsmisi əlavə edib.
Günay Şahmar, Bizim.Media