Hansı tələbələrə təhsil krediti VERİLMİR? – RƏSMİ AÇIQLAMA  

Hazırda oxunan: Hansı tələbələrə təhsil krediti VERİLMİR? – RƏSMİ AÇIQLAMA  

165603

“Bu günə qədər təhsil tələbə krediti almaq üçün müraciət edənlərin 20 faizinə imtina cavabı verilib”. 

Bu fikirləri Bizim.Media-ya müsahibəsində Təhsil Tələbə Kredit Fondunun sədr müavini Bəhruz Əzimov deyib. 

Müsahibimiz qeyd edib ki, fondun sistemi tam elektronlaşdırıldığı üçün tələbələr kredit almaq üçün elektron qaydada müraciət edirlər:   

“Müraciət avtomatlaşdırılmış şəkildə dövlət orqanlarının sisteminə inteqrasiya olunmuş xidmətlərə yönləndirilir və tələbənin statusları, təhsil və digər göstəriciləri yoxlanıldıqdan sonra buna uyğun cavab verilir.  

İmtina cavabı isə bu hallarda edilir: kredit üzrə tələbənin akademik borcu, yəni kəsiri olmamalıdır. Yaxud da tələbənin qəbul balı az, semestrlərdə müvəffəqiyyət göstəriciləri isə 71 baldan aşağı olarsa, imtina cavabı verilir. Sosial kredit üzrə müraciət edən tələbənin sosial statusları müəyyən olunmasa, ona da imtina cavabı verilir”. 

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO