Xalq yazıçısı Çingiz Abdullayev ATV telekanalını məhkəməyə verməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə “qafqazinfo”ya açıqlamasında Ç. Abdullayevin özü bildirib.
MÖVZU İLƏ BAĞLI:
Audiovizual Şura Çingiz Abdullayevə görə ATV-yə irad bildirdi
Onun sözlərinə görə, Azərbaycan Yazıçılar Birliyinin hüquqşünası məhkəməyə xüsusi ittiham qaydasında şikayət hazırlayır.
"İddiaçı təşkilat ola bilməz deyə, mənim adımdan yazılacaq. Təzminat 1 manat da olsa, 100 min manat da olsa, almayacağam. Hamısını şəhid ailələri üçün köçürəyəcəyik. Mənə nə o aparıcının, nə də telekanalın pulu lazımdır. Aparıcı danışıb, öz səviyyəsini göstərib”.
Xatırladaq ki, bir müddət əvvəl ATV-də yayımlanan “Xəbərin olsun” verilişinin aparıcısı Kubra Məhərrəmova Çingiz Abdullayevin əsərlərini “zir-zibil” adlandırıb. Bunun ardından AYB bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, telekanal bununla bağlı açıqlama verməli və aparıcı cəzalandırılmalıdır. Bu gün isə Audiovizual Şuradan deyilib ki, bu hadisə ilə bağlı ATV-yə irad bildirilib və müvafiq tövsiyələr verilib.
Bizim.Media