Efirlərdən uzaq qalan Zeynəb Xanlarova HARADADIR? – ÖZƏL  

Efirlərdən uzaq qalan Zeynəb Xanlarova HARADADIR? – ÖZƏL  

Hazırda oxunan: Efirlərdən uzaq qalan Zeynəb Xanlarova HARADADIR? – ÖZƏL  

165569

Azərbaycanın ictimai-siyasi həyatında öz fəaliyyəti ilə seçilən sabiq nazirlər, millət vəkilləri, partiya rəhbərləri, ziyalılar, mədəniyyət nümayəndələrinin hazırda hansı fəaliyyətlə məşğul olması ictimaiyyət üçün daim maraqlı olub. Sabiq millət vəkili, Xalq artisti Zeynəb Xanlarova da cəmiyyət üçün maraqlı olan şəxslərdən biridir. 

Zeynəb Xanlarova haradadır? 

Bizim.Media-nın əldə etdiyi məlumata görə Xalq artisti Bakıdadır və vaxtaşırı Heydər Əliyev Sarayına məşq etmək üçün gəlir.  
 

MÖVZU İLƏ BAĞLI:

Zeynəb Xanlarova uzun müddətdən sonra görüntüləndi - FOTO


Heydər Əliyev Sarayının mətbuat katibi Aytac Zaurqızı Bizim.Media-ya açıqlamasında məlumatı təsdiqləyib. O, bildirib ki, Zeynəb Xanlarova mütəmadi olaraq Saraya gəlir: 

“Hər hansı konsert layihəsi nəzərdə tutulmayıb. Sadəcə Zeynəb Xanlarova Heydər Əliyev Sarayına məşq etmək üçün gəlir”. 

Xatırladaq ki, Xalq artisti uzun müddət sonra oktyabrın 29-da “Gülüstan” sarayında Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan Musiqi Forumunun açılış mərasimində görüntülənib.   

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO