Azərbaycanda tibbi səhvlərə yol verən həkimlər niyə HƏBS olunmur? – ARAŞDIRMA

Azərbaycanda tibbi səhvlərə yol verən həkimlər niyə HƏBS olunmur? – ARAŞDIRMA

Hazırda oxunan: Azərbaycanda tibbi səhvlərə yol verən həkimlər niyə HƏBS olunmur? – ARAŞDIRMA

165568

Günümüzdə həkim səhlənkarlığına görə ömürlük əziyyət çəkən və ya ölən minlərlə insan var. Lakin maraqlısı odur ki, vəzifəsinin öhdəsindən gələ bilməyən həkimlərin səhlənkarlığı üzündən ölən vətəndaşlara görə onların bir çoxu məsuliyyəti üzərinə götürmür, əksinə xəstəni günahlandırırlar. Kimisi səhvliklə xəstənin sağlam ayağnıı kəsir, kimisi isə 10 aylıq körpənin və universitet dekanının ölümünə səbəb olub. 

Kifayət qədər belə nümunələr gətirə bilərik...

Halbuki tibbi səhvə yol verilibsə, bu, artıq həkimin cinayət məsuliyyətinə cəlb olunması üçün əsasdır.

Bizim.Media-nın apardığı araşdırmaya görə, Azərbaycanda həbs edilən və ya vəzifəsindən uzaqlaşdırılan həkimlərin çoxu yol verdikləri tibbi səhvlərə görə deyil, qanunsuz əməllərinə görə cəzalandırılıblar. Hansı ki, səhlənkarlıqları və səhvləri ucbatından kifayət qədər nöqsana yol verən həkimlər olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Tanınmış alimin ölümünə səbəb olan Azər Maqsudov narkoloji testdən KEÇİRİLDİ - YENİLƏNİB - RƏSMİ


Maraqlıdır Azərbaycanda tibbi səhvlərə yol verən həkimlər niyə nadir hallarda cəzalandırılırlar? 

Müxtəlif illərdə həkimlərin cəzalandırılması hallarının siyahısını təqdim edirik:

“Salyan rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Vərəm şöbəsinin müdiri Xanış Abbasov rüşvət aldığına görə həbs olunub. 

Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Pirallahı rayonu üzrə 18 saylı bölməsinin həkimi Təranə Bağırova dələduzluğa görə həbs olunub. 

Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov dələduzluğa görə həbs edilib.

Hərbi qulluqçulardan rüşvət alan hərbi hissənin həkimi Vəli Quliyev həbs olunub.

Onkoloji xəstələrdən rüşvət alan Lənkəran Rayonlararası Onkoloji Dispanserinin baş həkimi Əli Əliyev həbs olunub.

Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının 1-ci Psixiatriya şöbəsinin müdiri Kərimov Yaşar rüşvət aldığına görə vəzifəsindən kənarlaşdırılıb.

1 saylı Körpələr Evinin baş həkimi Nəhayət Əliyeva həmin körpələr evinin işçilərinin valideyn himayəsindən məhrum olan uşaqların qaldığı binanın girişindən böyük torbaları "Prado" markalı maşına daşıdığı, yəni oğurluq edildiyi ilə bağlı video yayıldığına görə vəzifəsindən kənarlaşdırılıb.
Xəstənin sağlam ayağını kəsən Angioloji və Mikrocərrahiyə Mərkəzin cərrahı Valeh Kərimov həkimlik fəaliyyətindən müvəqqəti uzaqlaşdırılıb. Maraqlıdır ki, yaşlı qadının sağlamlığına ziyan vuran həkim cinayət məsuliyyətinə cəlb olunmayıb. 

Goranboy Mərkəzi Xəstəxanasının Baş həkimi Rüstəm Budaqov və reanimasiyanın şöbə müdiri Şubay Hacıyev koronavirusla mübarizə tədbirlərinə laqeyd münasibətinə görə işdən kənarlaşdırılıb.

Ağdaş rayon Mərkəzi Xəstəxanasın həkimləri 10 aylıq körpənin ölümünə görə vəzifədən uzaqlaşdırılıb. 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yanında Mərkəzi Hərbi-Həkim Komissiyasının sədri Fikrət Əliyev yol verdiyi nöqsanlara görə, tutduğu vəzifədən azad olunub.

Respublika Narkoloji Mərkəzin baş həkimi Telman Məmmədhəsənov işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib. 

“Ağcabədi rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsin direktoru vəzifəsində işləyən Tahirov Fövzi qanunsuz əməllərinə görə həbs edilib.

Bakı şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənov rüşvət aldığına görə həbs edilib.

“Sabunçu Tibb Mərkəzi” Publik Hüquqi Şəxsdə şöbə müdiri vəzifəsində işləyən İlqar  Qaracayev qanunsuz əməllərinə görə həbs edilib. 

Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləmiş Ayaz İbrahimov vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə həbs olunub. 

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinin müdiri, koronavirus xəstələrinin müayinə və müalicələri üzrə koordinator həkim Fazil Əliyev rüşvət aldığına görə həbs olunub. 

Ötən il iyunun 30-da Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda dünyaya gələn körpə ginekoloq Nailə Şahbazovanın səhlənkarlığı səbəbindən başından zədə və ağır travmalar alaraq 26 gündən sonra dünyasını dəyişmişdi. Sözügedən həkim də həbs olunmayıb. 
"Medi Sina” klinikasının anestezioloqu Firuz İbrahimov BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının ölümünə səbəb olduğuna görə həbs olunub.  

Xatırladaq ki, Azərbaycan qanunvericiliyində tibbi səhvə görə cəza belədir:

Cinayət Məcəlləsinin 131-ci maddəsinin 1-ci bəndinə görə, ehtiyatsızlıqdan sağlamlığa az ağır zərbə vurma halı minimum əmək haqqı məbləğinin üç yüz mislinədək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

131-ci maddənin 2-ci bəndində isə ehtiyatsızlıqdan sağlamlığa ağır zərbə vurma halında minimum əmək haqqı məbləğinin 500 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulub. 

Əgər həkim xətası nəticəsində xəstə həyatını itiribsə, Cinayət Məcəlləsinin 124-cü maddəsinə əsasən, ehtiyatsızlıqdan adam öldürmə halları üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 314-cü maddəsinə görə, səhlənkarlıq nəticəsində həkim vicdansız və laqeyd münasibəti üzündən öz xidməti vəzifəsini lazımi qədər yerinə yetirməməsi sonucunda vətəndaşların sağamlıq hüquqlarına və qanun mənafelərinə zərər vurduqda minimum əmək haqqının 500 mislindən 1000 mislinədək və ya 2 il islah işləri, 6 ay azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Nuranə Daxilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO