Sumqayıt-Bakı qatarı reysə çıxmadı, sərnişinlər YOLDA QALDI 

Sumqayıt-Bakı qatarı reysə çıxmadı, sərnişinlər YOLDA QALDI 

Hazırda oxunan: Sumqayıt-Bakı qatarı reysə çıxmadı, sərnişinlər YOLDA QALDI 

165536

Bu gün səhər saatlarında Bakı ətrafı sürət qatarından istifadə edən sərnişinlər xeyli müddət platformalarda qalmalı olublar.  

Bizim.Media xəbər verir ki, saat 07:05-də Sumqayıtdan Bakı istiqamətinə yola çıxmalı olan Sumqayıt-Pirşağı-Bakı sürət qatarı qeyri-müəyyən səbəblərə görə xəttə çıxmayıb.  
 

MÖVZU İLƏ BAĞLI:

Bakı-Ağstafa-Bakı qatarına əlavə reyslər təyin EDİLDİ 


Bundan xəbərsiz olan sərnişinlər xeyli müddət gözləməli olublar. Saat 07:15-də Sumqayıtdan çıxmalı olan növbəti qatar da xəttə qrafikdəki vaxtdan gec çıxıb.

Nəticədə sərnişinlər həm mənzil başına xeyli gec çatıb, həm də qatarda böyük sıxlıq yaşanıb. 

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən hələlik heç bir açıqlama verilməyib. 

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO