Azərbaycanda fişinq hücumlarının sayı artıb

Azərbaycanda fişinq hücumlarının sayı artıb

Hazırda oxunan: Azərbaycanda fişinq hücumlarının sayı artıb

16547

Bu ilin mart ayında Azərbaycanın ".az" domenində olan saytların hər 141-i nəticə etibarı ilə bir uğurlu fişinq hücumu ilə üzləşib.

Bizim.Media xəbər verir ki, TED.az-ın "Netcraft" analitik şirkətinin hesabatı əsasında apardığı hesablamalara görə, ümumilikdə, Azərbaycan saytlarının 262-si fişinq hücumunun qurbanı olub ki, bu rəqəm ümumi qeydiyyatdan keçən saytların 0,71%-nı təşkil edir.

Bu göstərici üzrə son mart ayı ərzində fevral ayı ilə müqayisədə 52,3% artım müşahidə olunub.

Qeyd edək ki, bu günə ".az" domenində 36,9 mindən çox sayt qeydiyyatdan keçib.

"Netcraft"ın məlumatına görə, Ukraynada hər 23, Rusiyada – 34, Belarusda – 507, Latviyada – 6, Litvada – 64, Estoniyada – 199, Qazaxıstanda – 682, Özbəkistanda – 236, Tacikistanda – 172, Qırğızıstanda – 369, Gürcüstanda – 65, Ermənistanda isə 216 sayta bir uğurlu fişinq hücumu düşür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO