Bakı sakinindən silah və narkotik aşkarlandı

Bakı sakinindən silah və narkotik aşkarlandı

Hazırda oxunan: Bakı sakinindən silah və narkotik aşkarlandı

16541

Paytaxt sakini Xaçmazda odlu silah və narkotik vasitə ilə ələ keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən Bizim.Media-ya verilən məlumata görə, Nazirliyin Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz st. Xətt Polis Şöbəsinin və Yalama st. Xətt Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Aqşin Qasımov ADY QSC-nin Xudat stansiyasının ərazisində saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən baxış zamanı ondan narkotik vasitə aşkarlanaraq götürülüb.

 

MÖVZU İLƏ BAĞLI:

Həmkəndlisini ov tüfəngi ilə güllələdi – POLİS SAXLADI


A.Qasımovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Xudat stansiyası ərazisində odlu silah gizlətdiyi də müəyyən edilib və həmin əraziyə keçirilən baxış zamanı dəmir yolu kənarında yerləşən yarımtikilidən bir ədəd AKS markalı avtomat, bir ədəd daraq və 20 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Xaçmaz st. Xətt Polis Şöbəsində araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO