Vüqar Həşimov turniri ilk dəfə Qəbələdə keçiriləcək

Vüqar Həşimov turniri ilk dəfə Qəbələdə keçiriləcək

Hazırda oxunan: Vüqar Həşimov turniri ilk dəfə Qəbələdə keçiriləcək

165325

7-11 dekabr tarixlərində görkəmli şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan "Vüqar Həşimov Memorial-2023” superturniri keçiriləcək.  

Bizim.Media xəbər verir ki, 10 şahmatçının iştirakı ilə keçiriləcək turnir rapid və blits üzrə təşkil olunacaq.  

Sayca 9-cu Vüqar Həşimov Memorialına ilk dəfə Qəbələ ev sahibliyi edəcək. Superturnir Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi eləcə də Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığıyla baş tutacaq.   

Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib.  
Dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci, 2019-cu il), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki (2016-cı, 2017-ci il), ABŞ təmsilçisi Fabiano Karuana (2021-ci il), özbəkistanlı Nodirbek Abdusattorov (2022-ci il)  isə bir dəfə turnirin qalibi olublar. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO