Son 30 il ərzində Ermənistanın Xankəndidə hərbi texnika və dronların modifikasiyası ilə məşğul olan hərbi istehsalat mərkəzində apardığı fəaliyyəti əks etdirən video yayılıb.
Bizim.Media xəbər verir ki, bu barədə bu gün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Silahlı Qüvvələr tərəfindən həyata keçirilən anti-terror tədbirlərindən sonra Qarabağda aşkar edilmiş Ermənistanın qeyri-qanuni hərbi fəaliyyəti və planlaşdırdığı növbəti hərbi cinayətlərə dair yeni faktlarla bağlı Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin birgə mətbuat brifinqində bildirilib.
Aparılan işlər nəticəsində ərazilərimizdə böyük bir hissəsi mülki infrastrukturlarda yerləşdirilən hərbi maşınlar, müxtəlif çaplı silahlar və sursatların aşkarlandığı bildirilib. Xüsusilə, “Kornet” və “Faqot” tank əleyhinə idarə olunan raket sistemlərinin, 2021-ci il istehsalı olan TOS-1A tipli reaktiv yaylım atəşi sistemlərinin raketlərinin aşkarlandığı qeyd olunub. Bununla yanaşı, son 30 il ərzində Ermənistanın Xankəndidə hərbi texnika və dronların modifikasiyası ilə məşğul olan hərbi istehsalat mərkəzində apardığı fəaliyyət barədə məlumat verilib.
Brifinqə qatılan şəxslər anti-terror tədbirlərindən sonra ərazidən müsadirə edilmiş modifikasiya olunmuş silahlar, dronlar, 2021-ci il istehsalı olan sursatlar və minaların nümunələri ilə tanış olublar.
Bizim.Media