Xəbər verdiyimiz kimi bu gün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Silahlı Qüvvələr tərəfindən həyata keçirilən anti-terror tədbirlərindən sonra Qarabağda aşkar edilmiş Ermənistanın qeyri-qanuni hərbi fəaliyyəti və planlaşdırdığı növbəti hərbi cinayətlərə dair yeni faktlarla bağlı Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin birgə mətbuat brifinqi keçirilib.
Bizim.Media xəbər verir ki, brifinqdə Qarabağ bölgəsində Ermənistanın qeyri-qanuni hərbi fəaliyyəti və növbəti hərbi cinayət planları ilə bağlı anti-terror tədbirlərindən sonra aşkar edilmiş yeni faktlar barədə bölgədəki hərbiləşmənin miqyasını göstərən görüntülər təqdim olunub.
Belə ki, Ermənistanın ərazilərimizdə mülki əhaliyə və hərbçilərə kustar üsulla hazırlanmış dronlardan keçirilən təlimlərinin və Azərbaycanın mülki obyektlərinin hədəf alındığı barədə kadrların əks olunduğu anti-terror tədbirlərindən sonra aşkar edilmiş videolar nümayiş etdirilib.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media