Qubanın Buduq kəndində erməni vəhşiliyinin qanlı izləri – FOTO/VİDEO 

Qubanın Buduq kəndində erməni vəhşiliyinin qanlı izləri – FOTO/VİDEO 

Hazırda oxunan: Qubanın Buduq kəndində erməni vəhşiliyinin qanlı izləri – FOTO/VİDEO 

165238

Ermənilərin 1918-ci ildə Quba qəzasında törətdiyi dəhşətli soyqırımından bir əsrdən çox müddət ötsə də, qətliamın izləri hələ də qalmaqdadır. Belə ki, Qubanın Buduq kəndində erməni vəhşiliyinin qanlı izlərinə rast gəlinir.     

Bizim.Media Buduq kəndindəki tarixi məzarlığa baş çəkərkən burada Türkiyə dövlətinin atributları olan ay-ulduz rəsmləri həkk olunmuş qədim qəbirlərə rast gəlib. 60 hektara yaxın sahəni əhatə edən məzarlıqda xeyli sayda qədim qəbirlər var.  

Türk əsgərlərinin də bu döyüşlərdə şəhid olduqları ehtimal edilir 

Yerli sakinlər bu qəbirlərin 1918-ci ildə ermənilərin Quba qəzasına basqını zamanı həlak olan türk əsgərlərinə məxsus olduğunu iddia edirlər. Buduq kənd bələdiyyəsinin sədri Vaqif Həsənov kəndin yaşlı sakinlərinin söylədiklərinə istinadən deyir ki, bu qəbirlərin Nuru paşanın dəstəsindən olan əsgərlərə aid olması ehtimalları var. Bələdiyyə sədri bildirir ki, həmin dövrdə Buduq kəndi mahal mərkəzi olub və ermənilər də buralara gəlib çıxıblar. 

Vaqif Həsənov bu ehtimalların elmi araşdırma baxımından təsdiqlənməsi üçün Buduq kəndində arxeoloji qazıntıların aparılmasının vacib olduğunu bildirib. 

Məsələ ilə bağlı Elmlər Akademiyasının Arxeologiya Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri Qəhrəman Ağayevə müraciət etdik.

Qəhrəman Ağayev bu ehtimalların nə dərəcədə doğru olmasını ayırd etmək üçün qəbirlərə yerində baxış keçirmək lazım olduğunu deyib: 

“Həmin qəbirlərin ən azı bir-ikisində arxeoloji qazıntılar aparılmalıdır ki, hansı dövrə aid olması məlum olsun. Sakinlərin qədim qəbirlərin türk əsgərlərinə məxsus olması barədəki ehtimalları məhz arxeoloji araşdırmalardan sonra təsdiqlənə bilər”.   
 






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO