BMT-dən Qoşulmama Hərəkatının konfransına görə Azərbaycana TƏŞƏKKÜR 

BMT-dən Qoşulmama Hərəkatının konfransına görə Azərbaycana TƏŞƏKKÜR 

Hazırda oxunan: BMT-dən Qoşulmama Hərəkatının konfransına görə Azərbaycana TƏŞƏKKÜR 

165204

“Azərbaycana bu cür əhəmiyyətli tədbirə ev sahibliyi etdiyi üçün BMT adından təşəkkür edirəm”. 

Bizim.Media xəbər verir ki, bu barədə BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva Qoşulmama Hərəkatının Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi üzrə Konfransında çıxışı zamanı deyib 

“Gender bərabərliyi dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm addımdır. Biz hazırda olduqca transformativ mərhələdəyik. Bu konfrans gələcək baxımından qadınlar üçün yeni fürsət olacaq”,- deyə o əlavə edib. 

Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur. 
Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO