Qəzada həyatını itirən azərbaycanlı MƏŞHURLAR – SİYAHI 

Qəzada həyatını itirən azərbaycanlı MƏŞHURLAR – SİYAHI 

Hazırda oxunan: Qəzada həyatını itirən azərbaycanlı MƏŞHURLAR – SİYAHI 

165193

Bu ilin 9 ayında yol qəzalarında 627 nəfər həlak olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, qəzalar nəticəsində 1034 nəfər yaralanıb. Bu qəzaların içərisində məşhurların törətdikləri yol-nəqliyyat hadisələri də var. 

Xatırladaq ki, bu günlərdə Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov idarə etdiyi avtomobillə qəza törədib. Qəza nəticəsində daha bir məşhur, türkoloq alim Arif Acaloğlu vəfat edib. 

Bu il bir neçə məşhurun da avtomobillə qəza törətdiyi məlumdur. 

Bizim.Media indiyədək yol qəzalarında həyatını itirən məşhurların siyasını təqdim edir:

Şəfa Hüseynova 

Müğənni Şəfa Hüseynova 2005-ci ildə avtomobil qəzası zamanı həlak olub. O, anası ilə birgə həmin il dekabrın 5-də qardaşının idarə etdiyi avtomobillə Saatlı rayonundan qohumlarının toyundan qayıdıb. Qardaşının törətdiyi qəza nəticəsində anası hadisə yerində, özü isə 3 gün sonra xəstəxanada vəfat edib.

Rəcəb Musayev 

"Yeni Ulduz-2" müsiqi müsabiqəsindən tanınan gənc ifaçı Rəcəb Musayev 9 yanvar 2011 avtomobil qəzası keçirdib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, müğəninin həyatını xilas etmək mümkün olmayıb.

Samirə Bayramova

Müğəni Samirə Bayramova 26 Sentyabr 2014-cü ildə avtomobil qəzasında ölüb. Müayinələrdən sonra 24 yaşlı müğənninin hamilə olduğu bildirilib.

Hüseyn Dərya

Reper Hüseyn Dəryanın da ölümünə səbəb avtomobil qəzasıdır. O, 2014-cü il mart ayının 14-də gecə saatlarında qəza keçirib və bir gün sonra səhər xəstəxanada ölüb.

Bayram Kürdəxanılı 

Meyxanaçı Bayram Kürdəxanılı da yol qəzasının qurbanı olub. 2017-ci il 22 avqustda meyxanaçı Kürdəxanı qəsəbəsində yolu keçərkən qəsəbə sakini Emin Fərhadovun idarə etdiyi avtomobil onu vuraraq həyatına son qoyub. 

Aslan Hüseynov 

Müğənni Aslan Hüseynov 4 may 2021-ci ildə Qaradağ rayonu ərazisində idarə etdiyi avtomobillə qarşıda hərəkət edən “Kamaz” markalı yük avtomobilinə çırpılıb və hadisə yerində ölüb. Onun anasının yas mərasimindən qayıtdığı bildiirlib.

Oqtay Əliyev 

Bu ilin martında prodüsser, “SOY production”ın rəhbəri Oqtay Əliyev idarəetdiyi “Toyota Leksus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Avtomobildə, həmçinin, prodüsserin həyat yoldaşı aktrisa Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də olub. Onlar müxtəlif bədən xəsarətləri alaraq qəzadan sağ çıxa biliblər. Oqtay Əliyev isə hadisə yerində vəfat edib.

Bunlar yaxın tarixdə baş vermiş hadisələrdir. Xatırladaq ki, 1990-cı illərdə də bir neçə tanınmış avtoqəzadan sağ qurtula bilməyib. Bənzərsiz səsə malik olmuş xanəndə Səxavət Məmmədovun ölümünə səbəb olan qəza 1991-ci ildə baş verib. O, 37 yaşında Şirvan rayonu ərazisindəki avtomobil qəzasının qurbanı olub. 

Bundan əlavə, meyxanaçı Nizami Rəmzi də avtoqəza nəticəsində həlak olub. 49 yaşında vəfat olan meyxanaçının avtomobil idarə edərkən içkili olduğu qeyd edilib. 

Günay Şahmar, Bizim. Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO