Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə növbəti qanvermə aksiyası keçirəcək.
Bu barədə Bizim.Media-ya Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsindən bildirilib.
Hər il dünyada və Azərbaycanda minlərlə uşaq bu diaqnozla anadan olur. Anadangəlmə qanın laxtalanma prosesinin pozğunluğu olmaqla, bu xəstəlik yalnız ondan əziyyət çəkən şəxslərin deyil, ümumilikdə dövlətin və cəmiyyətin sosial – iqtisadi problemidir.
Bu kimi halların qarşısını almaq və müalicəsinin səmərəliliyini artırmaq məqsədilə ölkəmizdə mövcud qanunvericilik təkmilləşdirilir, irsi qan xəstəlikləri üzrə dövlət proqramları qəbul edilir, dərman preparatları ilə ödənişsiz təminat həyata keçirilir.
Aprelin 12-13 tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Mərkəzi Qan Bankında (Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 65) keçiriləcək növbəti – “Qan verək, həyat bəxş edək” – aksiyası təşkil olunacaq.
Komitə hər bir vətəndaşı bu aksiyada iştiraka dəvət edib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:08 / 01.04.2021
Komitə vətəndaşlara ÇAĞIRIŞ etdi – “Həyat bəxş edək”
Hazırda oxunan: Komitə vətəndaşlara ÇAĞIRIŞ etdi – “Həyat bəxş edək”
Hazırda oxunan: Komitə vətəndaşlara ÇAĞIRIŞ etdi – “Həyat bəxş edək”
16519
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.