BSU-nun sabiq şöbə müdiri həbs olunacaq: Hökm oxundu 

BSU-nun sabiq şöbə müdiri həbs olunacaq: Hökm oxundu 

Hazırda oxunan: BSU-nun sabiq şöbə müdiri həbs olunacaq: Hökm oxundu 

165181

Bakı Slavyan Universitetinin (BSU) Əlavə və Qiyabi Təhsil Şöbəsinin sabiq müdiri Dürdanə Əliyevaya hökm oxunub. 

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub. 

Hökmə əsasən, BSU-nun sabiq şöbə müdiri altı il müddətinə azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, ötən prosesdə prokuror D.Əliyevanın səkkiz il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. 

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin Əlavə və Qiyabi Təhsil Şöbəsinin müdiri, dosent D.Əliyeva barəsində araşdırma aparılıb. 
D.Əliyevanın qanunsuz əməllər törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO