Bakının bu ərazilərində qaz KƏSİLƏCƏK 

Bakının bu ərazilərində qaz KƏSİLƏCƏK 

Hazırda oxunan: Bakının bu ərazilərində qaz KƏSİLƏCƏK 

165160

Xətai rayonunun N.Rəfiyev küçəsində abadlıq işləri ilə əlaqədar qaz tənzimləyicinin və qaz xəttinin yerinin dəyişdirilməsi, eləcə də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinin K.İsmayılov və Mədən küçələrinin kəsişməsində yerləşən yaşayış binasına çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədi ilə 20.11.2023-cü il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək “Şüşə” orta təzyiqli qaz kəmərində və “Əhmədli” qaz kəmərində qaz təchizatının dayandırılması planlaşdırılır. 

“Azəriqaz” İstehsalat Birliyindən Bizim.Media-ya verilən məlumata görə, təmir işləri aparılan müddətdə Xətai rayonunun Ağ şəhər, M.Mehdizadə, S.Orucov, İ.Orucov, F.Bayramov, Natiq Əliyev, Afıyəddin Cəlilov, N.Rəfiyev küçələrinin, həmçinin Xocalı və Babək prospektlərinin bir hissəsinin, Suraxanı rayonunun isə Qaraçuxur qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO