Kürdəmirdə qadın sürücü qəza törətdi - FOTO

Kürdəmirdə qadın sürücü qəza törətdi - FOTO

Hazırda oxunan: Kürdəmirdə qadın sürücü qəza törətdi - FOTO

165095

Kürdəmirdə qadın sürücü qəza törədib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomaşının sürücüsü Mingəçevir şəhər sakini 37 yaşlı Nəbiyeva Jalə Rəşadət qızı Qazax istiqamətində hərəkətdə olarkən avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq  aşıb.

Qəza zamanı sürücü Jalə Nəbiyeva və onun sərnişini, həmyerlisi 34 yaşlı  Həsənova Ramilə Xaliq qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda fakt araşdırılır.


 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO