Aİ rəsmisi Avropada təhsil almaq istəyənləri Bakıdakı sərgiyə dəvət etdi - FOTO

Aİ rəsmisi Avropada təhsil almaq istəyənləri Bakıdakı sərgiyə dəvət etdi - FOTO

Hazırda oxunan: Aİ rəsmisi Avropada təhsil almaq istəyənləri Bakıdakı sərgiyə dəvət etdi - FOTO

165088

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Avropa universitetlərində təhsil almaq istəyənləri Bakıda keçirilən “Avropada təhsil” sərgisinə dəvət edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, "X" səhifəsində paylaşım edib.

"Bakıda keçirilən “Avropada təhsil” sərgisində minlərlə gənc Avropa universitetləri, təhsil imkanları və ERASMUS+ haqqında məlumat əldə edə bilər. Cənubi Qafqazın ən böyük təhsil sərgisində bu gün də iştirak edin!", - paylaşımda deyilir.
Qeyd edək ki, “Avropada təhsil” sərgisi “Avropa bacarıqlar ili” təşəbbüsü çərçivəsində baş tutan silsilə tədbirlərdən biridir. Avropa İttifaqı yüksək məvacibli və ixtisaslı işlər naminə müvafiq bacarıqlara yiyələnmək istiqamətində insanlara yardımçı olmaq, həmçinin bacarıqlar sahəsində çatışmazlıqların aradan qaldırılmasında şirkətlərə dəstək olmaq məqsədilə 2023-cü ili “Avropa bacarıqlar ili” elan edib.

Noyabrın 18-də açılan sərgi bu gün də davam edir.

Avropada təhsil almaq marağında olan bütün tələbə və peşəkar mütəxəssislər www.studyineu.az internet ünvanına müraciət etməklə qeydiyyatdan keçə və tədbirə qoşula bilərlər.










Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO