Baku TV-nin “44 gün” verilişinin yeni buraxılışı efirə gedib.
Bizim.Media xəbər verir ki, budəfəki buraxılışda Vətən müharibəsi iştirakçısı Rizvan Məmmədov keçdiyi döyüş yolundan danışıb.
Cəbhəyə könüllü olaraq yollanan müharibə veteranı Füzuli, Qubadlı və Şuşa döyüşlərində iştirak etdiyini qeyd edib.
R.Məmmədov Qubadlı döyüşlərində ermənilərlə üz-üzə vuruşduqlarını bildirib:
“Haradasa aramızda 120-130 metr məsafə var idi. Onlarla səhərə kimi döyüşdük. Səhər açıldıqda maşınlar gəldi, ermənilər məcburiyyətdən maşınlara minib qaçmağa başladılar”.
R.Məmmədov Şuşa döyüşlərindən də bəhs edib:
“Daşaltıda bizim sağ istiqamətimizdə “Yaşma” vuruşurdu. Biz erməniləri qəsdən öz üzərimizə çəkdik. Onlar elə bildilər ki, biz “Yaşma”danıq. Ermənilər üstümüzə gələndə gördülər ki, artıq Şuşa şəhəri “Yaşma” tərəfindən götürülüb”.
- A-
- A
- A+
Cəmiyyət
16:32 / 19.11.2023
Ermənilər ayıldı ki, "Yaşma" Şuşanı götürüb - VİDEO
Hazırda oxunan: Ermənilər ayıldı ki, "Yaşma" Şuşanı götürüb - VİDEO
Hazırda oxunan: Ermənilər ayıldı ki, "Yaşma" Şuşanı götürüb - VİDEO
165086
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.