Kiberdələduzlar tərəfindən "əəə.edv-geri.com" adı altında saxta veb-sayt yaradılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Elektron Təhlükəsizlik Xidməti yayıb.
Mənbə yazır ki, veb-sayt vasitəsilə vətəndaşlardan ilk növbədə FİN-kodlar tələb olunur.
Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ləman Hüseynzadə vətəndaşları diqqətli olmağa çağırıb.
Sektor müdiri həmçinin onu da qeyd edib ki, vətəndaşlar belə hallarla rastlaşarsa, o zaman aidiyyəti üzrə müraciət etsinlər.
Daha ətraflı Xəzər televiziyasının hazırladığı videomaterialda:
Bizim.Media