Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirildi - FOTO

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirildi - FOTO

Hazırda oxunan: Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirildi - FOTO

165073

Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Elnur Hacıyev və Fərrux Hüseynovun xatirəsinə həsr edilən anım mərasimləri keçirilib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, anım mərasimləri çərçivəsində hərbi qulluqçular şəhidlərin məzarlarını ziyarət edib, yaxınları ilə görüşərək onların qayğıları ilə maraqlanıblar.

Mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri və yaxınları, döyüş yoldaşları, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları, eləcə də digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirlərdə çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbədən, eləcə də digər uğurlu döyüş əməliyyatlarında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.

Sonra şəhidlərin həyat və döyüş yolundan bəhs edən videoçarxlar nümayiş olunub.

Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndirilib.














Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO