Şəhid və qazi övladları “Payız Futbol Düşərgəsi”ndə - FOTO

Şəhid və qazi övladları “Payız Futbol Düşərgəsi”ndə - FOTO

Hazırda oxunan: Şəhid və qazi övladları “Payız Futbol Düşərgəsi”ndə - FOTO

165047

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının dəstəyi, “Sumqayıt” futbol klubunun təşkilatçılığı ilə ənənəvi “Payız Futbol Düşərgəsi" layihəsi keçirilir. 

Bizim.Media xəbər verir ki, 5 gün davam edən layihənin iştirakçıları iki qrupa bölünüb. İlk 3 gündə iştirakçılar Mehdi Hüseynzadə stadionunda təşkil olunan müxtəlif oyunlarda, seminarlarda öz məharətini göstərərək əyləniblər. Həmçinin maraqlı ekskursiyalara qatılaraq dünya görüşlərini artırıb, özlərinə yeni dostlar qazanıblar.

Noyabrın 18-də Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının ofisində birinci mərhələyə yekun vurulub. Düşərgənin birinci mərhələsində Vətən müharibəsində şəhid və qazi olan igidlərimizin övladları iştirak ediblər.

Bildirilib ki, ümumilikdə, bu il layihədə 100-dən çox oğlan və qız iştirak edir. İkinci mərhələyə 9-11 yaşlı məktəblilər qatılacaq.

Birinci mərhələnin iştirakçılarına diplomlar, medallar, hədiyyələr təqdim edilib.






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO