Xaçmazın bələdiyyə sədri məsuliyyətə CƏLB EDİLDİ 

Xaçmazın bələdiyyə sədri məsuliyyətə CƏLB EDİLDİ 

Hazırda oxunan: Xaçmazın bələdiyyə sədri məsuliyyətə CƏLB EDİLDİ 

165026

Xaçmaz rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə birgə keçirdikləri tədbirlər zamanı rayonun Qımılqışlaq kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub. 

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduğuna görə kəndin bələdiyyə sədri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO