Salyanda yük maşını ilə mikroavtobus toqquşub - “ASAN xidmət”in əməkdaşları yaralanıb 

Salyanda yük maşını ilə mikroavtobus toqquşub - “ASAN xidmət”in əməkdaşları yaralanıb 

Hazırda oxunan: Salyanda yük maşını ilə mikroavtobus toqquşub - “ASAN xidmət”in əməkdaşları yaralanıb 

164995

Salyanda yol qəzası baş verib. 

Bizim.Media apa-ya istinadən xəbər verir ki, Ələt-Astara yolunun Salyan şəhərindən keçən hissəsində, yeni salınan yolda yük maşını ilə mikroavtobus toqquşub.  

Qəza nəticəsində 9 nəfər xəsarət alıb. Xəsarət alanlarlardan 3 nəfərin Salyandakı “ASAN xidmət”in əməkdaşları olduğu bildirilir. 

Xəsarət alınlar Salyan rayon mərkəzi xəstəxanasına yerləşdirlib. Onların əksəriyyəti ambulator yardım aldıqdan sonra evə buraxılıb. Xəsarət alanlardan birinin - 15 yaşlı yeniyetmənin vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO