ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə başa çatdı

ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə başa çatdı

Hazırda oxunan: ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə başa çatdı

164957
Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq məktubuna əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya, elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbulla bağlı «Azərbaycan» qəzetinin 29 noyabr 2016-cı il tarixli nömrəsində elan dərc edilmiş, 16 dekabr 2016-cı il tarixə qədər sənəd qəbulu aparılmışdır. Planda nəzərdə tutulmuş ixtisaslar üzrə cəmi 80 nəfərin sənədi (fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 40 sənəd, dissertanturaya 27 sənəd, elmlər doktoru proqramı üzrə dissertanturaya 13 sənəd) qəbul edilmişdir.xa0

Qeyd edək ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərovun 30 noyabr 2016-cı il tarixli 3/399 nömrəli əmrinə əsasən yaradılmış Sənəd Qəbulu Komissiyasının 20 dekabr 2016-cı il tarixli iclasının qərarına əsasən qəbul imtahanlarına fəlsəfə doktoru hazırlığı üzrə dokto-ranturaya 1 nəfər, qəbul müsahibəsinə fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya 8 nəfər, elmlər doktoru proqramı üzrə dissertanturaya 2 nəfər buraxılmamışdır. Müvafiq komissiyalar tərəfindən 22 dekabr 2016-cı il tarixdən 10 yanvar 2017-ci il tarixə qədər imtahanlar və müsahibələr obyektiv və şəffaf aparılmışdır. Rektor Cəfər Cəfərov və Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov prosesə ciddi nəzarət etmişlər. İmtahan və müsahibələrin nəticələri əsasında fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 12 nəfər, fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya 7 nəfər, elmlər doktoru hazırlığı üzrə dissertanturaya 5 nəfər qəbul edilmişdir.

Yanvar ayının 13-də rektor qəbul edilmiş şəxslərlə görüşmüş, onları təbrik etmiş və gələcək elmi fəaliyyətlərində uğurlar arzulamışdır. Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov doktoranturaya və dissertanturaya qəbulla əlaqədar hesabat vermiş və təkliflərini bildirmişdir. Doktoranturaya və dissertanturaya qəbul olunanlar imtahanların və müsahibələrin şəffaf və obyektiv keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edərək onlara göstərilən etimadı doğruldacaqlarına söz veriblər. Sonda doktoranturaya və dissertanturaya qəbul olunanlara vəsiqələr təqdim edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO