Masallıda ƏMƏLİYYAT – Silah və narkotik aşkarlandı – FOTO  

Masallıda ƏMƏLİYYAT – Silah və narkotik aşkarlandı – FOTO  

Hazırda oxunan: Masallıda ƏMƏLİYYAT – Silah və narkotik aşkarlandı – FOTO  

164913

Masallı rayon sakinindən odlu silah və narkotik aşkarlanıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, qanunsuz odlu silah-sursatın saxlanılması və daşınmasında şübhəli bilinən rayonun Boradigah qəsəbə sakini Zaur Rufullayev saxlanılıb.  

Keçirilən baxış zamanı onun yaşadığı evdən 1 ədəd yivli odlu silah olan “TOZ-8” markalı tüfəng, üzərindən isə həmin silaha aid patron və heroin aşkarlanaraq götürülüb. 
Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır. 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO