Daha 25 ailə Zabuxa YOLA SALINDI – FOTO 

Daha 25 ailə Zabuxa YOLA SALINDI – FOTO 

Hazırda oxunan: Daha 25 ailə Zabuxa YOLA SALINDI – FOTO 

164908

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən qurulan Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

Bizim.Media xəbər verir ki, Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı noyabrın 18-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. 

Bu mərhələdə Zabux kəndinə daha 25 ailə - 103 nəfər köçürülür.

Xatırladaq ki, indiyədək Zabux kəndində 71 ailənin, yəni 291 nəfərin daimi məskunlaşması təmin edilib. Zabuxa ilk köç bu il avqustun 25-də baş tutub.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO