Balakənin yaşayış məntəqələri işıqlandırılır - FOTO 

Balakənin yaşayış məntəqələri işıqlandırılır - FOTO 

Hazırda oxunan: Balakənin yaşayış məntəqələri işıqlandırılır - FOTO 

164902

Şimal-Qərb qapımız sayılan Balakəndə abadlıq işləri ilə yanaşı indi gecə işqlandırılması istiqamətində də işlər görülür.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonda əhalinin gecə saatlarında rahat və təhlükəsiz hərəkət etməsi, yaşayış məntəqələrində küçə və meydanların işıqlandırılması üçün bir sıra layihələr həyata keçirilir.  

Belə layihələrdən biri də gecə işıqlandırılmadının təmin edilməsidir. Bir müddət əvvəl layihənin icrasına başlanılıb və ilk növbədə Balakən şəhərinin gecə işıqlandırılması ilə bağlı küçələrin işıq dirəkləri yenilənib, müasir işıq sistemləri quraşdırılıb. 
Balakən şəhəri ilə yanaşı, rayonun Qabaqçöl qəsəbəsinin, Qullar və Katex kəndlərinin mərkəzi küçələrində gecə işıqlandırılması yenilənərək gözəl bir aura yaradılıb.   

Layihənin digər iri yaşayış məntəqələrində də tətbiqi nəzərdə tutulur. 

Sözügedən yaşayış məntəqələrin gecə görüntülərini təqdim edirik.  






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO