Göyçayda Vətən müharibəsi şəhidlərinin anım mərasimləri KEÇİRİLDİ - FOTO 

Göyçayda Vətən müharibəsi şəhidlərinin anım mərasimləri KEÇİRİLDİ - FOTO 

Hazırda oxunan: Göyçayda Vətən müharibəsi şəhidlərinin anım mərasimləri KEÇİRİLDİ - FOTO 

164884

Göyçayda Vətən müharibəsində şəhid olanların ildönümləri məzarları önündə qeyd olundu. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, 44 günlük Vətən müharibəsində şəhid olan rayonun Yenikənd kənd sakini Kərimli Azad Elşad oğlunun və Göyçay şəhər sakini Həsənov Maarif Rahim oğlunun üçüncü ildönümü mərasimləri keçirilib. 

Mərasimdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların müdirləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə şəhidin ailə üzvləri və sakinlər şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri düzüblər.
Şəhidlərin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhidlərin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.Mərasimdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. 

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər. 

Qeyd edək ki, şəhid Kərimli Azad Elşad oğlu 1997-ci ildə Göyçay rayonunun Yenikənd kəndində anadan olub.O, 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilib. 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. 17 noyabr 2020-ci il tarixdə rayonun Yenikənd kəndində dəfn olunmuş, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. 

Şəhid Həsənov Maarif Rahim oğlu 1999-cu ildə Göyçay rayonunun Birinci Ərəbcəbirli kəndində  anadan olub.O, 29 sentyabr 2020-ci il tarixdə qismən səfərbərlik üzrə hərbi xidmətə cəlb edilmişdir.

44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. 17 noyabr 2020-ci il tarixdə Göyçay şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin  sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. 















Bizim.Media, Aran bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO