“Burada bir qurban tərəfi, bir də əməl var. Əməl odur ki, siyasi kimliyi olan şəxsin qızının kompromat (kimisə nüfuzdan salmaq məqsədi güdən) xarakterli intim görüntüləri yayılıb. Cinayət var və qanun pozuntusunun iddiası mövcuddur. Xanımın (Günel Həsənli) öz bəyanatı da oldu ki, bunu filankəs (Mahir) edib. Hansı tarixdən görüşdüklərini və harada olduqlarını açıqlayıb. Hətta iddia olunan adamın fotoşəkilləri də yayılıb”.
Bu sözləri Bizim.Media-ya açıqlayan Ağ Partiyanın sədri Tural Abbaslı əlavə edib ki, “O zaman ilk atılmalı olan addım həmin şəxs barədə polisə, yaxud məhkəmə orqanlarına müraciət etməkdir.
MÖVZU İLƏ BAĞLI:
“Cəmil Həsənlinin qızının videosu ilə bağlı DİN-ə heç bir müraciət edilməyib” - RƏSMİ
Cəmil Həsənli kartı ilə oynamaq daha çox kimə lazımdır? – Olayın pərdəarxası
Bunlar hüquqi prosedurun başlanması üçün gərəklidir. Amma mediada yayılan məlumatlar siqnal xarakterlidir ki, hüquq-mühafizə orqanları bununla bağlı cinayət işi başlasın. Sözügedən adamlar tapılıb dindirilməldir.
Ancaq burada səmimiyyət görünmür. Əgər sən videodakı insanı, görüntüləri kimin yaydığını bilirsənsə, şikayət ver, qoy araşdırılsın. Biz də bilək ki, bu işlərin arxasında kim dayanır. Amma bu işdə dövlət də maraqlı olmalıdır.
Çünki məsələ aydınlaşmadıqca şübhələr onların üzərində qalacaq. Aydınlıq gətirməyin yeganə yolu isə mediada yayılan informasiyadan çıxış edərək cinayət işi açıb videodakı şəxslərin dindirilməsidir.
Dövlət şəxsin özünün müraciətini gözləmədən prosesə başlamalıdır ki, hansısa təxribat və digər maraqlara yer qalmasın.
Ola bilər ki, qarşı tərəf (Cəmil Həsənli) işin üstünün açılmasında maraqlı deyil və siyasi xal tutur, ya nəsə edir. Ancaq dövlətin özü mediadan gələn siqnalları qəbul edib bu istiqamətdə iş görməlidir”.
Sizcə, bu tip ucuz gündəm dəyişməklərin arxasında kimlər dayanıb?
“Bu videonu çəkərək ictimailəşdirən insanlar dindirilmədən, məhkəmə önünə çıxarılmadan konkret olaraq nəsə demək uyğun deyil. Çünki həmin adam kimdir, kimlərə xidmət edib və nə məqsədi güdürlər suallarına cavabı hələki iddia edə bilərik. Burada müxtəlif maraqlar ola bilər. Bunu üçüncü dövlətlər, daxili qüvvələr, “5-ci kalon”un etməsi də mümkündür. Bu məsələ araşdırılmalı və aydınlaşdırılmalıdır.
Problemə dövlət tərəfindən nöqtə qoyulmalıdır”,- deyə Tural Abbaslı fikrini tamamladı.
Bizim.Media