Hansı dövlət qurumları ləğv oluna BİLƏR? – Deputatdan AÇIQLAMA

Hansı dövlət qurumları ləğv oluna BİLƏR? – Deputatdan AÇIQLAMA

Hazırda oxunan: Hansı dövlət qurumları ləğv oluna BİLƏR? – Deputatdan AÇIQLAMA

164841

Xəbər verdiyimiz kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib. Bu barədə Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb. Biz əvvəllər də bəzi qurumların ləğvi prosesinə şahid olmuşuq.

Maraqlıdır, Azərbaycanda büdcədən maliyyələşən, lakin fəaliyyətsiz olan qurumlar varmı?
 

MÖVZU İLƏ BAĞLI:

Su Ehtiyatları Agentliyinin tabeliyində 5 publik hüquqi şəxs YARADILDI 


Deputat Etibar Əliyev mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O bildirib ki, idarəetmənin optimallaşdırılması və rasionallaşdırılması üçün nazirliklər və komitə sədrləri hansı qurumun funksional olmadığını görməli, bu barədə hesabat verməlidirlər: 

“Əlavə qurumları saxlamaq istər büdcə xərcləri, istərsə də o qurumların funksionallığı ilə bağlı xeyli xərc aparır, büdcədən yeyirlər. 

Fikrimcə, zərurət olmayan, amma büdcədən pul ayrılan belə qurumlara Fövqəladə Hallar Nazirliyində rast gəlmək olur. Bundan əlavə, neft şirkətində, Elm və Təhsil Nazirliyində çoxşaxəli qurumlar var. Həmçinin müəyyən istiqamətlər üzrə institutların sayı çoxdur. Bu institutlar birləşə bilər. Böyük ərazilərdə yer tuturlar. Onları da sərf-nəzərdən keçirmək olar. Önəmli şirkətlərdə, nazirliklərdə alt qurumların sayı kifayət qədər var. Düşünüb, çoxunu sadalamaq mümkündür”.

Məhərrəm Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO