Mingəçevir şəhərində uşaqlar arasında tək-tək hallarda Hepatit A xəstəliyi qeydə alınıb. Bununla əlaqədar, şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən epidemioloji araşdırma aparılıb, xəstələrin hospitalizasiyası təmin edilib. Ocaqlarda dezinfeksiya tədbirləri həyata keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Respublika Gigiyena və Epidemiologiya Mərkəzi yayıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda şagirdlər arasında "Hepatit A" virusu YAYILDI
Mənbə qeyd edir ki, infeksiya baş verən ərazidə su təchizatı və kanalizasiya sistemlərinin vəziyyəti yoxlanılıb, laborator müayinə üçün su nümunələri götürülüb.
Xatırladaq ki, Hepatit A virusuna yoluxma fekal-oral, çirklənmiş su və qida ilə, bəzən isə, məişət-təmas yolu ilə baş verir. Xəstəlikdən qorunmaq üçün əsasən şəxsi gigiyena qaydalarına riayət və keyfiyyətli içməli sudan istifadə edilməlidir.
Bizim.Media