“Xoş xəbər budur ki, bu ildən başlayaraq, alimlərin “Web of Sciens” və “Scopus” elmmetrik bazalarına çıxışının təmin olunması üçün mühüm işlər görülür”.
Bizim.Media xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev Doktrantlar və Gənc Tədqiqatçıların XXVI Respublika Elmi Konfransında çıxışı zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın elmi-tədqiqat institutlarında YENİLİK
Nazir qeyd edib ki, 300 şəxsin doktrantura üzrə xaricdə təhsil almasına şərait yaradılıb:
“Məqsədimiz elmi inkişaf etdirməkdir. Ona görə də kənardan bizə yardım edə biləcək şəxslərin gəlişinə şərait yaratmalıyıq. 2024-cü ildə alimlərin elmi bazalara çıxış alətimizi sınaqdan keçirəcəyik” - deyə nazir bildirib.
Nuranə Daxilqızı, Bizim.Media