Qadının evinə hücum edən şəxs HƏBS EDİLDİ - FOTO

Qadının evinə hücum edən şəxs HƏBS EDİLDİ - FOTO

Hazırda oxunan: Qadının evinə hücum edən şəxs HƏBS EDİLDİ - FOTO

164748

Masallıda qadına qarşı quldurluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Masallı rayonunun Qızılağac kəndindəki evlərdən birinə daxil olan şəxsin ev sahibəsinə kəsici alətlə xəsarət yetirərək pul tələb etməsi, daha sonra isə oradan uzaqlaşması ilə bağlı polisə məlumat daxil olub.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Qızılağac kənd sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə və oğurluğa görə məhkum olunmuş İntiqam Axundov müəyyən olunaraq saxlanılıb. 
Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO