Bakıda qanunsuz yaşayan 12 xarici miqrant SAXLANILDI – VİDEO  

Bakıda qanunsuz yaşayan 12 xarici miqrant SAXLANILDI – VİDEO  

Hazırda oxunan: Bakıda qanunsuz yaşayan 12 xarici miqrant SAXLANILDI – VİDEO  

164643

Bakı şəhərində müxtəlif ünvanlarda Azərbaycanda olma və ya yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Miqrasiya Xidməti (DMX) əməkdaşları tərəfindən birgə tədbirlər keçirilib. 

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat xidmətindən məlumat verilib. 

Tədbirlərlə müxtəlif Asiya ölkələrinin vətəndaşı olan ümumilikdə 12 nəfər qeyd edilən qanun pozuntusuna yol verdikləri üçün saxlanılıblar. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyət tədbirləri görülüb. 
Araşdırma zamanı həmin əcnəbilərin öz həmvətənləri tərəfindən pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə keçidinin təmin ediləcəyi vədi ilə dələduzluğa məruz qalmaları müəyyən edilib. 

Qanunsuz miqrasiyanın təşkilinə dair aşkar edilən hallarla bağlı araşdırmalar davam etdirilir. 
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO